Gürcüstanın baş naziri İrakli Ğaribaşvilinin Türkmənistana səfəri başlayıb.
Hökumət Administrasiyasının Mətbuat Xidmətindən verilən məlumatda, Aşqabad beynəlxalq hava limanında Gürcüstan hökumətinin başçısının qarşılanma mərasiminin keçirildiyi deyilir. Türkmənistanın maliyyə və iqtisadiyyat naziri Muhammetgeldi Serdarov və Türkmənistanda Gürcüstan Məsələləri üzrə müvəqqəti nümayəndə Avtandil Napetvaridze İrakli Ğaribaşvilini qarşılayıblar.
Səfər çərçivəsində baş nazir Türkmənistan prezidenti Serdar Berdimuhammedov ilə ikitərəfli, yüksək səviyyəli görüş keçirəcək.