Gürcüstanın Baş naziri İrakli Ğaribaşvilinin Türkiyə Respublikasına səfəri başa çatıb.
Baş nazirin mətbuat xidmətinin məlumatında bildirilir ki, hökumət başçısını Antakya-Hatay beynəlxalq hava limanından Türkiyə Respublikasının enerji və təbii sərvətlər naziri Fatih Dönməz, Hatay qubernatorunun müavini Ahmet Gencer və Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsinin sədri Çağatay Kılıç yola salıblar.
İrakli Ğaribaşvili nümayəndə heyəti ilə birlikdə Türkiyə Respublikasında olub.