İrakli Ğaribaşvilinin Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfəri başlayıb
İrakli Ğaribaşvilinin Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfəri başlayıb

 

Gürcüstanın Baş naziri İrakli Ğaribaşvilinin Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfəri başlayıb.

Hökumət Administrasiyasının mətbuat xidmətindən verilən məlumatda Kral Xalid adına Ər-Riyad beynəlxalq hava limanında hökumət başçısının qarşılanma mərasiminin keçirildiyi deyilir.

Baş naziri hava limanında Ər-Riyad qubernatorunun müavini, şahzadə Muhammed bin Əbdülrəhman Əl Səud, Səudiyyə Ərəbistanı Krallığının iqtisadiyyat və planlaşdırma naziri Fayzal Əl İbrahimi, Səudiyyə Ərəbistanı Krallığının Gürcüstandakı səfiri Salman Əl ƏlŞeyx və Gürcüstanın Səudiyyə Ərəbistanı Krallığındakı səfiri Vaxtanq Caoşvili qarşılayıblar.

İrakli Ğaribaşvili nümayəndə heyəti ilə birlikdə Səudiyyə Ərəbistanı Krallığındadır.