İrakli Ğaribaşvilinin Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfəri başa çatıb
İrakli Ğaribaşvilinin Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfəri başa çatıb

 

Gürcüstanın Baş naziri İrakli Ğaribaşvilinin Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfəri başa çatıb. Hökumət başçısını Ər-Riyadın Kral Xalid Beynəlxalq Hava Limanından Ər-Riyad qubernatorunun müavini, şahzadə Məhəmməd bin Əbdülrəhman Əl Səud və Səudiyyə Ərəbistanı Krallığının iqtisadiyyat və planlaşdırma naziri Fayzal Əl İbrahim yola salıb.

Rəsmi səfər çərçivəsində hökumət başçısı Səudiyyə Ərəbistanı Krallığının taxt-tacının varisi, Baş nazir, Əlahəzrət Şahzadə Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud ilə görüşüb.