İrakli Ğaribaşvilinin rəhbərliyi ilə ölkənin inkişafı və islahatlar üzrə qurumlararası şuranın iclası keçirilib
İrakli Ğaribaşvilinin rəhbərliyi ilə ölkənin inkişafı və islahatlar üzrə qurumlararası şuranın iclası keçirilib

 

Gürcüstanın baş naziri İrakli Ğaribaşvilinin rəhbərliyi ilə ölkənin inkişafı və islahatlar üzrə qurumlararası şuranın iclası keçirilib. Məlumatı baş nazirin mətbuat xidməti yayır.

Onlar tərəfindən verilən məlumatda, hökumət başçısının icraçı və qanunverici hakimiyyətin nümayəndələri ilə birlikdə ölkənin milli inkişaf strateji sənədinin prioritet istiqamətlərini müzakirə etdiyi və onun icrası ilə bağlı növbəti addımların ətrafında fikir mübadiləsi apardığı deyilir.

Baş nazir, hökumətin planlaşdırdığı hər bir islahatın, proqramın, layihənin vətəndaşların şəraitinin yaxşılaşdırılmasına, onların rifahının təmin olunmasına, ölkənin güclənməsinə xidmət etdiyini qeyd edib.