İrakli Ğaribaşvilinin rəhbərliyi ilə İqtisadi Şuranın iclası keçirilib
Gürcüstanın Baş naziri İrakli Ğaribaşvilinin rəhbərliyi ilə İqtisadi Şuranın iclası keçirilib.
İclasda şəhərlərin və kurortların inkişafı üzrə yeni dövlət proqramı çərçivəsində seçilmiş yerlərin urbanik inkişaf konsepsiyaları müzakirə olunub. Proqram Baş nazirin qərarı ilə 2023-cü ildə başladı. Birinci mərhələdə on yer seçilib: Borjomi, Bakuriani, Kutaisi, Tskaltubo, Telavi, Zuqdidi, Batumi, Mtsxeta, Mestia və Kazbeqi. Hazırlanmış konsepsiyalar əsasında doqquz bələdiyyədə mərhələli şəkildə hazırlıq və tikinti işlərinə başlanacaq, Bakuriani ərazisi üzrə tenderin keçirilməsi planlaşdırılır.
5 illik proqrama dövlət büdcəsindən 1 milyard lari ayrılıb.
Söhbət zamanı bildirilib ki, yeni Dövlət Proqramı həm turizmin inkişafına, həm də iş yerlərinin açılmasına töhfə verəcək.
Hökumət başçısı 2024-cü ildə əhalinin siyahıyaalınması ilə bağlı cari və planlaşdırılan tədbirlər barədə də məlumatı dinləyib. Məsələnin əhəmiyyətindən danışılaraq tədbirin beynəlxalq tövsiyələr nəzərə alınmaqla keçiriləcəyi vurğulanıb.
İqtisadi Şurada Qonionun inkişaf planı da müzakirə olunub. Təqdim olunan konsepsiyaya əsasən, mehmanxana və yaşayış kompleksləri, ticarət mərkəzləri, rekreasiya və idman infrastrukturu, bataqlıq landşaftları əhatə edən ərazinin davamlı inkişafı üçün əhəmiyyətli investisiyalar qoyulacaq. Layihənin icrası zamanı on minlərlə iş yeri açılacaqdır.
Məlumatı Gürcüstan hökumət administrasiyasının mətbuat xidməti yayıb.
Müəllif -
Mehemmed Bayramaliyev