İrakli Ğaribaşvilinin rəhbərliyi ilə İqtisadi Şuranın iclası keçirilib
İrakli Ğaribaşvilinin rəhbərliyi ilə İqtisadi Şuranın iclası keçirilib

 
Gürcüstanın Baş naziri İrakli Ğaribaşvilinin rəhbərliyi ilə İqtisadi Şuranın iclası keçirilib.

Şura üzvləri ölkədə cari müsbət iqtisadi tendensiyaları müzakirə ediblər. 2024-cü il üçün nəzərdə tutulan layihələrə diqqət yönəldilib.

Şura üzvləri ölkədəki müsbət makroiqtisadi göstəriciləri iş rejimində müzakirə ediblər; Ölkədə yüksək iqtisadi artım olduğu və hökumətin bu tendensiyanın qorunub saxlanılması üçün aktiv fəaliyyətini davam etdirdiyi qeyd olunub.

Məlumatı Gürcüstanın Baş nazirinin mətbuat xidməti yayır.