İrakli Ğaribaşvilinin rəhbərliyi ilə İqtisadi Şuranın iclası keçirilib
İrakli Ğaribaşvilinin rəhbərliyi ilə İqtisadi Şuranın iclası keçirilib

 

Gürcüstanın baş naziri İrakli Ğaribaşvilinin rəhbərliyi ilə İqtisadi Şuranın iclası keçirilib.

Hökumət Administrasiyasında keçirilən görüşdə ölkədəki mövcud iqtisadi tendensiyalar müzakirə edilib və bəhsi keçən istiqamətlər üzrə müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Yeni kurort zonalarının öyrənilməsi və mövcud kurortların inkişafı məsələlərinə toxunulub. Ölkənin iqtisadi baxımdan irəliləyişi və stimullaşdırılması üçün beynəlxalq ziyarətçilərin sayının artırılmasının labüd olduğu, bunun üçün kurortların inkişafının xüsusi əhəmiyyət kəsb etdiyi qeyd olunub.

Balneoloji kurortlara və özəl investisiyalara xüsusi diqqət yetirilib. Yaxın zamanlarda bu istiqamətdə mühüm addımların atılacağı qeyd olunub.

Məlumatı Gürcüstanın baş nazirinin mətbuat xidməti yayır.