Gürcüstanın Baş naziri İrakli Ğaribaşvilinin rəhbərliyi ilə Hökumət Administrasiyasında hökumətin iclası keçirilib.
Hökumət Administrasiyasından verilən məlumata görə, Nazirlər Kabinetinin üzvləri gündəliyə daxil olan 11 məsələni müzakirə ediblər.
Müzakirə olunan məsələlər arasında Gürcüstan hökumətinin “dövlət mülkiyyətində olan daşınmaz əmlakın sərbəst mülkiyyətə verilməsi formasında özəlləşdirilməsi haqqında” fərmanı da olub. Sərəncama əsasən, onların faktiki olaraq zəbt etdikləri 409 əmlak 367 köçkün ailəsinə, o cümlədən yaşayış mənzilləri, həm kənd təsərrüfatı, həm də qeyri-kənd təsərrüfatı təyinatlı torpaq sahələri veriləcək.
Məcburi köçkünlərə veriləcək əmlak Tbilisi, Kutaisi, Çxorotsğu rayonu, Şida Kartli, Telavi, Mtsxeta, Borcomi, Kvemo Kartli, Sameqrelo, İmereti, Batumi və Raça-Leçxumidə yerləşir.