İrakli Ğaribaşvilinin rəhbərliyi ilə hökumətin bugünkü iclasında 11 məsələ müzakirə olunub
İrakli Ğaribaşvilinin rəhbərliyi ilə hökumətin bugünkü iclasında 11 məsələ müzakirə olunub

 

Gürcüstanın baş naziri İrakli Ğaribaşvilinin rəhbərliyi ilə Hökumət Administrasiyasında hökumətin iclası keçirilib. İclasda Nazirlər Kabinetinin üzvləri 11 məsələni müzakirə ediblər.

Hökumət Administrasiyasının mətbuat xidmətinin verdiyi məlumatda müzakirə olunan məsələlər arasında Gürcüstan hökumətinin Tercola və Tğibuli munisipalitetlərinin ərazisində külək elektrik stansiyalarının yaradılmasını nəzərdə tutan “Qoqni Külək Elektrik Stansiyası” layihəsinin konsepsiyasının təsdiq edilməsi və onu müşayiət edən tədbirlərin həyata keçirilməsi haqqında” fərman layihəsinin olduğu deyilir.

“Elektrik stansiyasının təxmini gücü 103,5 MVt, təxmini illik istehsal gücü 362 milyon kilovatsaat, layihənin dəyəri isə 130 milyon ABŞ dolları təşkil edəcək.

Hökumət üzvləri həmçinin Gürcüstan hökumətinin “şəxsə beynəlxalq şirkət statusunun verilməsi haqqında” fərman layihələrini də müzakirə ediblər, bunun əsasında səkkiz şirkətə beynəlxalq status veriləcək”- deyə Hökumət Administrasiyasının mətbuat xidmətinin məlumatında deyilir.