İrakli Ğaribaşvilinin rəhbərliyi ilə hökumət bugünkü iclasda 9 məsələni müzakirə edib
Gürcüstanın baş naziri İrakli Ğaribaşvilinin rəhbərliyi ilə hökumətin iclası keçirilib. Nazirlər Kabinetinin üzvləri Hökumət Administrasiyasında keçirilən iclasda 9 məsələni müzakirə ediblər. Bu barədə hökumətin mətbuat xidməti məlumat yayır.
İdarədən verilən məlumatda müzakirə olunan məsələlər arasında Gürcüstanın 2022-2028-ci illər üçün olan kapital bazarının inkişafı strategiyasının və ölkənin iqtisadi məkanının birliyinə, iqtisadi fəaliyyətin azadlığına, rəqabətli və sabit investisiya mühitinə töhfə verəcək 2022-2024-cü illər üçün olan fəaliyyət planının təsdiqinin də olduğu deyilir.
“Qeyd etmək lazımdır ki, kapital bazarının inkişaf strategiyası kapital bazarının aktivləşdirilməsi yolu ilə iqtisadi artımın təşviqinə yönəlib.
Strategiya, Gürcüstanın İnkişaf Strategiyası – Baxış 2030 və Avropa İttifaqı ilə imzalanmış Assosiasiya Sazişinə uyğundur.
Strategiya aidiyyəti dövlət qurumlarının, özəl sektor nümayəndələrinin, Asiya İnkişaf Bankının ekspertlərinin və məsləhətçilərinin fəal iştirakı ilə hazırlanıb” -deyə Hökumət Administrasiyasının mətbuat xidməti tərəfindən yayılmış məlumatda bildirilib.