İrakli Ğaribaşvilinin rəhbərliyi ilə hökumət bugünkü iclasda 7 məsələni müzakirə edib
Gürcüstanın baş naziri İrakli Ğaribaşvilinin rəhbərliyi ilə hökumətin iclası keçirilib.
Nazirlər Kabinetinin üzvləri Hökumət Administrasiyasında keçirilən iclasda 7 məsələni müzakirə ediblər.
Müzakirə olunan məsələlər arasında Gürcüstan hökumətinin “Dövlət mülkiyyətində olan daşınmaz əmlakın birbaşa satış formasında özəlləşdirilməsi haqqında” fərman layihələri olub. Layihə əsasında 16 fiziki şəxsə və 19 ailəyə dövlət mülkiyyətində olan daşınmaz əmlaklar bir lariyə, simvolik qiymətə birbaşa satış şəklində veriləcək.
Dövlət mülkiyyətində olan qeyri-kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və onun üzərində yerləşən tikili də 7 nəfərlik sosial cəhətdən aztəminatlı ailəyə veriləcək. Ailə illərdir bu daşınmaz əmlakda yaşayır.
Məlumatı hökumətin mətbuat xidməti yayır.