İrakli Ğaribaşvilinin rəhbərliyi ilə Hökumət Administrasiyasında İqtisadi Şuranın iclası keçirilib
İrakli Ğaribaşvilinin rəhbərliyi ilə Hökumət Administrasiyasında İqtisadi Şuranın iclası keçirilib

 

Gürcüstanın Baş naziri İrakli Ğaribaşvilinin rəhbərliyi ilə Hökumət Administrasiyasında İqtisadi Şuranın iclası keçirilib.

İclasda Şura üzvləri Gürcüstana yatırılan birbaşa xarici investisiyaların həcminin göstəricilərinə dair müzakirə aparıblar. 2022-ci ilin üçüncü rübündə Gürcüstana yatırılan birbaşa xarici investisiyaların həcminin 745,3 milyon ABŞ dolları təşkil etdiyi, bunun da 2021-ci ilin üçüncü rübündən iki dəfə çox olduğu qeyd olunub.

Görüşdə limanların, hava limanlarının və logistik infrastrukturun inkişafı da daxil olmaqla ölkədə həyata keçirilən və planlaşdırılan böyük infrastruktur layihələri müzakirə olunub.

Həmçinin ölkədə davam edən və həyata keçirilməsi planlaşdırılan enerji layihələri, eləcə də ölkənin enerji müstəqilliyinin artırılması məqsədilə yüksək effektivlik və ətraf mühitin mühafizəsi texnologiyası ilə təchiz edilmiş istilik elektrik stansiyalarının tikintisi məsələləri müzakirə olunub.

Həmçinin turizm sahəsində cari proseslər də müzakirə olunub. Müvafiq infrastrukturun qış turizm mövsümünə hazır olması məsələsinə diqqət çəkilib. Baş nazir qış istirahət mərkəzləri üçün nəzərdə tutulan yeni infrastruktur layihələrindən danışıb və Qudauridə daşıma qabiliyyəti saatda 1800 sərnişin, uzunluğu isə 2800 metr olacaq yeni kanat yolunun tikintisinin planlaşdırıldığını qeyd edib. Bununla yanaşı, Baş nazir Qudaurinin iki xizək yolunda qaryağdırıcı sistemin quraşdırılacağını, bunun da istirahət edənlər üçün daha da rahat olacağını bildirib.

Şura üzvləri Acarada sitrus meyvələrinin davam edən yığımı prosesini müzakirə ediblər. Cari ilin proqnoz göstəricilərinə əsasən 45 min tona qədər sitrus meyvəsinin gözlənildiyi qeyd olunub. Mövsüm boyunca 20-dən çox sitrus meyvələrinin qəbulu-emalı müəssisəsi ixrac ediləcək naringini qəbul edəcək , qeyri-standart naringiyə gəlincə Kobuleti konserv zavodu qeyri-məhdud miqdarda məhsulu təhvil alacaq.

Bu günə olan vəziyyətə görə 4 500 min tona qədər standart naringi artıq ixrac edilib, qeyri-standart sitrus meyvələrinə gəlincə, 200 ton qəbul edilərək emal olunub.

Məlumatı Baş nazirin mətbuat xidməti yayır.