İrakli Ğaribaşvilinin rəhbərliyi ilə Avropaya İnteqrasiya Komissiyasının iclası keçirilib
İrakli Ğaribaşvilinin rəhbərliyi ilə Avropaya İnteqrasiya Komissiyasının iclası keçirilib

 
Gürcüstanın Baş naziri İrakli Ğaribaşvilinin rəhbərliyi ilə Avropaya İnteqrasiya Komissiyasının 70-ci iclası keçirilib.

Hökumətin mətbuat xidmətinin yaydığı məlumatda hökumət administrasiyasında keçirilən iclasda Gürcüstanın islahatlarının gündəliyinin müzakirə edildiyi və Avropa Komissiyasının tövsiyələrinin həyata keçirilməsi üzrə fəaliyyət planının təsdiq edildiyi deyilir.

“Xarici İşlər Nazirliyi fəaliyyət planının hazırlanmasını Gürcüstan parlamenti ilə əməkdaşlıqla koordinasiya edib. Plan bütün aidiyyatı qurumların iştirakı ilə hazırlanıb. Planda, tövsiyələr çərçivəsində həyata keçirilməli olan konkret addımlar yazılıb, məsul qurumlar və icra müddətləri müəyyən edilib”- Gürcüstan hökumətinin məlumatında qeyd olunur.