Gürcüstanın Baş naziri İrakli Ğaribaşvilinin Çin Xalq Respublikasına səfəri başlayıb.
Çenqdu Beynəlxalq Hava Limanında hökumət başçısının qarşılanma mərasimi olub.
Baş naziri hava limanında Çin Xalq Respublikasının təhsil naziri Huai Dzinpenq, Siçuan əyalətinin qubernatoru Huanq Tsanq, Çin Xalq Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Çou Tsien və Gürcüstanın Çin Xalq Respublikasındakı və fövqəladə və səlahiyyətli səfir Arçil Kalandia qarşılayıb.
Qarşılanma mərasimində tələbə idmançılar iştirak ediblər. İrakli Ğaribaşvili nümayəndə heyəti ilə birgə Çin Xalq Respublikasındadır.
Məlumatı Gürcüstanın Baş nazirinin mətbuat xidməti yayıb.