İrakli Ğaribaşvilinin qərarı ilə, Türkiyədə zəlzələdən zərər çəkən əhaliyə humanitar yardım göstərmək məqsədilə, bir milyon lari ayrıldı
İrakli Ğaribaşvilinin qərarı ilə, Türkiyədə zəlzələdən zərər çəkən əhaliyə humanitar yardım göstərmək məqsədilə, bir milyon lari ayrıldı

Gürcüstan hökumətinin qərarı ilə, Türkiyədə zəlzələdən zərər çəkən əhaliyə humanitar yardım göstərmək məqsədilə, hökumətin rezerv fondundan Gürcüstan Səhiyyə Nazirliyinə bir milyon lari ayrıldı.

Bu barədə məlumatı Gürcüstan hökuməti administrasiyası yayır.

“Baş nazir, İrakli Öaribaşvilinin imzaladığı sərəncma əsasən, ayrılmış məbləğ Türkiyə Cümhuriyyətində baş vermiş təbii fəlakət nəticəsində zərərçəkən vətəndaşlara medikamentlər, qida, paltar, tibbi avadanlıq və başqa lazım olan əşyaların alınması və Türkiyə Cümhuriyyətinə göndərilməsinə sərf olunacaq”, – məlumatda deyilir.