İrakli Ğaribaşvilinin Ermənistana işgüzar səfəri başladı
İrakli Ğaribaşvilinin Ermənistana işgüzar səfəri başladı

Gürcüstanın baş naziri, İrakli Ğaribaşvilinin Ermənistan Respublikasına işgüzar səfəri başladı.

Yerevanın “Zvartnots” Beynəlxalq Aeroportunda hökumət başçısının qarşılama mərasimi keçirildi.

Baş naziri aeroportda Ermənistan Respublikası baş nazirinin müavini Tiqran Xaçatryan, Ermənistan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Aşot Smbatyan və Gürcüstanın Ermənistan Respublikasındakı müvəqqəti işlər vəkili İrakli Kvançaxadze qarşıladılar.

İrakli Ğaribaşvili Yerevanda nümayəndə heyəti ilə birlikdədir.