İrakli Ğaribaşvilinin əmri ilə Anti-korrupsiya Bürosunun rəhbərinin seçilməsi üçün müsabiqə elan edilib
İrakli Ğaribaşvilinin əmri ilə Anti-korrupsiya Bürosunun rəhbərinin seçilməsi üçün müsabiqə elan edilib

 

Gürcüstanın Baş naziri İrakli Ğaribaşvilinin 2022-ci ilin 22 dekabr tarixli 289 saylı sərəncamına əsasən, Anti-korrupsiya Bürosunun rəhbəri vəzifəsinə namizədin seçilməsi üçün müsabiqə elan edilib və müsabiqə komissiyası yaradılıb.

Baş nazirin sərəncamına əsasən, Anti-korrupsiya Bürosunun rəhbəri vəzifəsinə namizədin seçilməsi üzrə komissiyanın tərkibinə Gürcüstan hökumətinin, parlamentinin, Ali Məhkəməsinin, Baş Prokurorluğunun və xalq müdafiəçisinin nümayəndələri daxildir.

Sərəncama əsasən, namizədlərin seçilməsi üzrə müsabiqə elan edildikdən sonra bir həftə ərzində müsabiqə komissiyasının üzvlüyünə namizədlər Gürcüstanın Baş nazirinə təqdim edilməlidir.

Müsabiqədə iştirak şərtləri, iştirak üçün zəruri müraciətin təqdim edilmə müddəti və qaydaları haqqında məlumat müsabiqə komissiyasının ilk iclasından sonra bir həftə ərzində Gürcüstan hökumətinin veb saytında dərc olunacaq.

Məlumatı Gürcüstan hökumətinin mətbuat xidməti yayır.