İrakli Ğaribaşvilinin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri başlayıb
İrakli Ğaribaşvilinin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri başlayıb

 

Gürcüstanın baş naziri İrakli Ğaribaşvilinin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri başlayıb. Abu-Dabi Beynəlxalq Hava Limanında baş nazirin qarşılanma mərasimi keçirilib.

Birləşmiş Ərəb Əmirliklərinin xarici ticarət məsələləri üzrə dövlət naziri doktor Tani bin Əhməd Əl Zeyoud və Gürcüstanın Birləşmiş Ərəb Əmirliklərindəki fövqəladə və səlahiyyətli səfiri Paata Kalandadze hökumət başçısını hava limanında  qarşılayıblar.

Hökumət Administrasiyasının mətbuat xidmətindən verilən məlumatda işgüzar səfər çərçivəsində hökumət başçısının ikitərəfli yüksək səviyyəli görüşlər keçirəcəyi deyilir.

Baş nazir İrakli Ğaribaşvili nümayəndə heyəti ilə birlikdə Birləşmiş Ərəb Əmirliklərindədir.