İrakli Ğaribaşvilinin bəyan etdiyinə görə, Gürcüstanda bütün kateqoriya pensiyaçıların pensiyası artırılır
İrakli Ğaribaşvilinin bəyan etdiyinə görə, Gürcüstanda bütün kateqoriya pensiyaçıların pensiyası artırılır

Yanvar ayından səhiyyə və sosial proqramların maliyyələşdirilməsi 770 milyon lari ilə artırılır, – bu barədə Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili hökumətin bugünkü iclasında bəyan etdi.

İrakli Ğaribaşvilinin qeyd etdiyi kimi, dağlıq yaşayış məntəqələrində 70 və yuxarı yaşda olan pensiyaçıların pensiyası 440 lariyə qədər artacaq, başqa yerlərdə 365 lariyə qədər.

“Yaşı 70-ə qədər olan şəxslərin pensiyası təxminən 300 lari, dağlıq yaşayış məntəqələrində yaşayan 70 yaşadək şəxslərin pensiyası isə, 355 lari olacaq.

Həmçinin, pensiya ilə yanaşı, biz MİM şəxslərin sosial yardımının 65 lari ilə artırılmasını, digər kateqoriyadan olan əlillərin sosial yardımınındə artacağını nəzərdə tutmuşuq. Xatırlatmaq istəyirəm ki, biz artıq uşaq yardımını demək olar ki, üç dəfə artırmışıq. 50 lari idi və indi 150 laridir. Belə də davam edəcək. İstəyimizdir ki, büdcəmizin 2023-cü ildə necə olmasından asılı olaraq, bunu yenə də artıraq”, – Ğaribaşvili bəyan etdi.