Gürcüstanın baş naziri, İrakli Ğaribaşvilinin Azərbaycan Respublikasına səfəri başladı.
Qəbələ Beynəlxalq Aeroportunda hökumət başçısının qarşılanma mərasimi keçirildi.
İrakli Ğaribaşvilini aeroportda Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov, Azərbaycan Respublikasının Gürcüstandakı səfiri Faiq Quliyev və Gürcüstanın Azərbaycan Respublikasındakı səfiri Zurab Pataradze qarşıladılar. İrakli Ğaribaşvili Qəbələdə nümayəndə heyəti ilə birlikdədir.
Məlumatı hökumət administrasiyası mətbuat xidməti yayır.