İrakli Ğaribaşvili - yürütdüyümüz əsaslı, ardıcıl siyasət nəticəsində bu gün ölkədə nəinki əmin-amanlıq və sabitlik, həm də ikirəqəmli iqtisadi artım müşahidə olunur
Yürütdüyümüz əsaslı, ardıcıl siyasət nəticəsində bu gün ölkədə təkcə sülh və sabitlik deyil, həm də ikirəqəmli iqtisadi artım var – bu barədə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili səfirlərin konfransında çıxışı zamanı açıqlayıb.
O, dünyada olduqca gözlənilməz mühit fonunda Gürcüstanın sülhü, firavanlığı, sabitliyi və ikirəqəmli iqtisadi artımı qoruduğunu bildirib.
“Təbii ki, Ukraynada davam edən müharibə səbəbindən, belə demək mümkünsə, bizim üçün əsas problem mənfi təsirləri və effektləri azaltmaq, bu riskləri sığortalamaq, təhdidləri minimuma endirmək, onları azaltmaq idi. Yürütdüyümüz əsaslı, ardıcıl siyasət nəticəsində bu gün ölkədə nəinki əmin-amanlıq və sabitlik, həm də ikirəqəmli iqtisadi artım müşahidə olunur, halbuki hamınız yaxşı bilirsiniz ki, Avropada vəziyyət ağırdır, bütün dünyada iqtisadi azalma, tənəzzül qeydə alınır. Əslində bu gün dünyada olduqca gözlənilməz mühit yaranıb. Bu vəziyyətdə kiçik, lakin güclü dövlətimiz əmin-amanlığı, firavanlığı, sabitliyi və ikirəqəmli iqtisadi artımı qoruyur. Üstəlik bu, təkcə bu il olmadı, ötən il də uğurlu il oldu. Biz ili ikirəqəmli iqtisadi artımla başa vurduq. Təbii ki, bu, ölkəmizin xalqına, əhalisinə, cəmiyyətinə təsir edəcək” – deyə İrakli Ğaribaşvili açıqlayıb.