İrakli Ğaribaşvili - yüksək iqtisadi artıma görə biz büdcəyə düzəliş etməli olacağıq, maraqlı təşəbbüslərimiz olacaq və yeni layihələr planlaşdırılacaq
Yüksək iqtisadi artıma görə büdcəyə düzəliş etməli olacağıq, maraqlı təşəbbüslərimiz olacaq və yeni layihələr planlaşdırılacaq -bu barədə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili hökumətin iclasında danışıb.
Baş nazir bildirib ki, Anaklia limanı layihəsi, yeni hava limanının layihələndirilməsi və su elektrik stansiyalarının tikintisi kimi böyük layihələrə başlanılması planlaşdırılır.
“Yüksək iqtisadi artım müşahidə olunduğuna görə, büdcəyə düzəliş edəsi olduq, ölkəyə daha çox gəlir toplandı. Bu barədə daha sonra düzəliş edilmiş büdcə layihəsi ilə parlamentə müraciət edəcəyik. Həmçinin, biz artıq 2024-cü ilin yeni büdcəsi üzərində işləməyə başlamışıq. Maraqlı təşəbbüslərimiz olacaq, yeni layihələr planlaşdırılacaq. Anaklia limanı layihəsi, eləcə də yeni hava limanının layihələndirilməsi kimi böyük layihələrin başlanması planlaşdırılır və biz tikintiyə başlamaq istəyirik. Biz böyük layihələrin, Xudon kimi bizim iştirakımızla su elektrik stansiyalarının tikintisinə başlamaq istəyirik, Namaxvanda da işlər gedir, Nenskrada sona çatmışıq, memorandum imzalanıb, ilin sonunda, ən uzağı 2024-cü ildə işlərin bərpa olunacağını gözləyirik. Beləliklə bu bizim planımızdır. Bu, daha çox rifah gətirən sülh və sabitliyin qorunmasını tələb edir” – deyə İrakli Ğaribaşvili açıqlayıb.