İrakli Ğaribaşvili - yeniyetmənin inkişafı və formalaşmasına ən böyük təsiri ailə institutu ilə birlikdə siz məktəb, müəllimlər və kilsə edə bilərsiniz
İrakli Ğaribaşvili - yeniyetmənin inkişafı və formalaşmasına ən böyük təsiri ailə institutu ilə birlikdə siz məktəb, müəllimlər və kilsə edə bilərsiniz

 
Yeniyetmənin inkişafına, təfəkkürünə, şüuruna, dünyagörüşünün müəyyən edilməsi və formalaşmasına ailə institutu ilə birlikdə, ən böyük təsiri siz – məktəb, müəllimlər və kilsə edə bilərsiniz- bu barədə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Milli Müəllim mükafatlandırma mərasimində deyib.

Hökumət başçısının qeyd etdiyi kimi, müəllimlər cəmiyyətimizin görkəmli üzvləridir.

“Cəmiyyətimizin görkəmli üzvləri, ölkəmizin görkəmli vətəndaşları olduğunuz üçün sizə xüsusi ehtiramımı təsdiqləmək istəyirəm. Ölkəmizin və cəmiyyətimizin inkişafında, mən deyərdim ki, övladlarımızın dövlətçilik ruhunda vətənpərvər kimi formalaşmasında əsas rolu məhz siz, bizim layiqli, əməkdar və qəhrəman müəllimlərimiz üstlənirsiniz. Deyərdim ki, yeniyetmənin, şagirdin inkişafına, təfəkkürünə, şüuruna, dünyagörüşünün müəyyən edilməsi və formalaşmasına ailə institutu ilə birlikdə, ən böyük təsiri siz – məktəb, müəllimlər və kilsə edə bilərsiniz” – baş nazir bildirib.