İrakli Ğaribaşvili “Yenilənmiş regionlar” proqramı çərçivəsində Kutaisidə cari işlərlə tanış olub
İrakli Ğaribaşvili “Yenilənmiş regionlar” proqramı çərçivəsində Kutaisidə cari işlərlə tanış olub

 

Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili “Yenilənmiş regionlar” proqramı çərçivəsində Kutaisidə cari işlərlə tanış olub.

Hökumət başçısı Paliaşvili küçəsində olub, burada görülən işlərlə tanış olub, yerli əhali ilə söhbət edib.

İndiyədək Paliaşvili küçəsində 15 binanın bərpası başa çatıb, buna 9 milyon laridən çox vəsait xərclənib.

Hazırda dəyəri 14,8 milyon lari olan Mərkəzi Park və onun ətrafındakı binalarda bərpa işləri aparılır.

Həmçinin, mədəni irs abidəsi olan qızıl çardağın bərpası davam etdirilir.

Baş nazirlə birlikdə, Hökumət Administrasiyasının Regionlarla Əlaqələr Şöbəsinin rəhbəri Leri Barnabişvili, icraçı, qanunverici və yerli hakimiyyət orqanlarının nümayəndələri ərazidə olublar.