İrakli Ğaribaşvili - yeni təşəbbüs Gürcüstanın Avropa İttifaqına üzv olma yolunda irəliləyişinə töhfə verəcək
Yeni təşəbbüs Gürcüstanın Avropa İttifaqına üzv olma yolunda irəliləyişinə töhfə verəcək – bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Praqada davam edən Avropa Siyasi Birliyinin plenar sessiyasında iştirakı ilə əlaqədar öz “Twitter” səhifəsində yazır.
Hökumət başçısı Gürcüstanın sözügedən platformada iştirak etməklə, Avropa ilə birlikdə gündəlikdəki cari məsələlərin müzakirəsində iştirak etdiyini açıqlayıb.
“Çexiyada keçirilən Avropa Siyasi Birliyinin (EPC) görüşünün plenar sessiyasında iştirak etməkdən şadam. Gürcüstan-Aİ ümumi gündəliyinin aktual məsələlərini müzakirə etmək imkanımızın olduğu bu mühüm platformanı Gürcüstana təklif etdikləri üçün avropalı tərəfdaşlarımıza minnətdarıq. Əminəm ki, yeni təşəbbüs Gürcüstanın Avropa İttifaqına üzv olma yolunda irəliləyişinə töhfə verəcək” – deyə İrakli Ğaribaşvili yazır.