İrakli Ğaribaşvili - yəhudi həmvətənlərimizi, tarixi vətənə, İsrailə qayıdan dostlarımızı, bütün yəhudi xalqını böyük Hanuka bayramı münasibətilə ürəkdən təbrik edirəm
İrakli Ğaribaşvili - yəhudi həmvətənlərimizi, tarixi vətənə, İsrailə qayıdan dostlarımızı, bütün yəhudi xalqını böyük Hanuka bayramı münasibətilə ürəkdən təbrik edirəm

 

Yəhudi həmvətənlərimizi, tarixi vətənə, İsrailə qayıdan dostlarımızı, bütün yəhudi xalqını böyük Hanuka bayramı münasibətilə ürəkdən təbrik edirəm – bu barədə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili “Facebook”da yazır.

Hökumət başçısının qeyd etdiyi kimi, gürcülərlə yəhudilərin çoxəsrlik dostluğu və yəhudi icmasının ümumi vətənin tərəqqisi uğrunda yorulmaz əməyi Gürcüstanın tarixinin və ictimai həyatının ayrılmaz parçasıdır.

“Yəhudi həmvətənlərimizi, tarixi vətənə, İsrailə qayıdan dostlarımızı, bütün yəhudi xalqını böyük Hanuka bayramı münasibətilə ürəkdən təbrik edirəm.

Gürcülərlə yəhudilərin çoxəsrlik dostluğu, yəhudi icmasının ümumi vətənimizin tərəqqisinə yorulmaz əməyi Gürcüstanın tarixinin və ictimai həyatının ayrılmaz parçasıdır. Qardaşlığımızı daha da gücləndirmək, Gürcüstan və İsrail arasında əməkdaşlığı dərinləşdirmək bizim, bugünkü nəsillərin borcudur.

Bayram əhval-ruhiyyənizi ürəkdən bölüşür, sizə və ailələrinizə əmin-amanlıq, firavanlıq və tərəqqi arzulayıram” – deyə Baş nazir qeyd edir.