İrakli Ğaribaşvili Yaponiyanın Gürcüstandakı səfiri İşidzuka Hideki ilə görüşüb
İrakli Ğaribaşvili Yaponiyanın Gürcüstandakı səfiri İşidzuka Hideki ilə görüşüb

Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Yaponiyanın Gürcüstana yeni təyin olunmuş səfiri İşidzuka Hideki ilə görüşüb. Məlumatı baş nazirin mətbuat xidməti yayır.

Onların verdiyi məlumata əsasən, tanışlıq məqsədli görüşdə hökumət başçısı Yaponiya səfirini Gürcüstanda diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib və ona uğurlar arzulayıb.

“Söhbət zamanı iki ölkənin müxtəlif istiqamətlərdə əməkdaşlığına diqqət yetirilib. Gürcüstan və Yaponiya arasında mövcud iqtisadi əlaqələr və onların daha da dərinləşdirilməsi perspektivləri müzakirə olunub.

Həmçinin, Gürcüstanda əlverişli biznes mühitindən söz açılmış və birbaşa xarici investisiyaların cəlb edilməsi istiqamətində ölkədə fəal iş aparıldığı vurğulanmışdır.

Görüşdə investisiyaların cəlb edilməsi, ixracın təşviqi, kiçik və orta biznesin inkişafı baxımından əməkdaşlığın dərinləşdirilməsi perspektivlərinə diqqət yetirilib.

 İrakli Ğaribaşvili Yaponiyanın Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə verdiyi güclü dəstəyə görə İşidzuka Hidekiyə təşəkkür edib”, – baş nazirin mətbuat xidmətindən açıqlanıb.