İrakli Ğaribaşvili Yaponiyanın Gürcüstandakı səfiri ilə vida görüşü keçirib
Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Yaponiyanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri İmamura Akira ilə vida görüşü keçirib.
Hökumət Administrasiyasının məlumatına əsasən, görüşdə Gürcüstan və Yaponiya arasında mövcud münasibətlərə və əməkdaşlığın perspektivlərinə toxunulub.
“Hökumət başçısı Yaponiya səfirinə Gürcüstandakı diplomatik fəaliyyəti dövründə gördüyü işlərə görə təşəkkür edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Qeyd olunub ki, ötən illər ərzində Gürcüstan və Yaponiya ikitərəfli münasibətlərin müxtəlif sahələrində, o cümlədən siyasət, iqtisadiyyat, mədəniyyət və təhsil sahələrində mühüm irəliləyişlər əldə ediblər.
Vurğulanıb ki, Gürcüstan hökuməti ölkələr arasında dostluq və əməkdaşlığın daha da dərinləşdirilməsi üçün səylərini davam etdirmək istəyir” -deyə məlumatda qeyd olunur .