İrakli Ğaribaşvili Yaponiya səfirliyində Şindzo Abenin vəfatı ilə bağlı açılmış başsağlığı kitabına qeyd edib
İrakli Ğaribaşvili Yaponiya səfirliyində Şindzo Abenin vəfatı ilə bağlı açılmış başsağlığı kitabına qeyd edib

 

Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Yaponiya səfirliyində olub. Hökumət başçısı Yaponiyanın keçmiş Baş naziri Şindzo Abenin vəfatı ilə əlaqədar açılmış başsağlığı kitabına qeyd edib və Yaponiyanın səfiri İmamura Akira və həyat yoldaşına başsağlığı verib. Bu barədə məlumatı hökumətin mətbuat xidməti yayır.

“Gürcüstan hökuməti və gürcü xalqı adından yapon xalqına və baş nazir Şindzo Abenin ailəsinə və yaxınlarına ən böyük ehtiramımı çatdırır və onların kədərini səmimi qəlbdən bölüşürəm.

O, Yaponiyanın görkəmli şəxsiyyəti və lideri kimi ümumi firavanlığımızı və demokratik gələcəyimizi təmin etmək üçün müxtəlif qlobal səylərin başında dururdu.

Bu matəm anında biz yapon xalqının kədərini bölüşürük” – deyə baş nazirin başsağlığı məktubunda deyilir.