İrakli Ğaribaşvili - yanvarın 1-dən özəl sektorun işçiləri üçün dekret məzuniyyətinin məbləği 1000 lari əvəzinə, 2000 lari olacaq
İrakli Ğaribaşvili - yanvarın 1-dən özəl sektorun işçiləri üçün dekret məzuniyyətinin məbləği 1000 lari əvəzinə, 2000 lari olacaq

 

Yanvarın 1-dən özəl sektorun işçiləri üçün dekret məzuniyyətinin məbləği 1000 lari əvəzinə, 2000 lari olacaq-bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili hökumətin bugünkü iclasında açıqlayıb.

O, dekret məzuniyyəti məsələsinin kifayət qədər problemli olduğunu bildirib.

“Bununla bağlı parlamentdə də məndən məsələnin həll edilməsi xahiş olundu, müzakirə etdik və özəl sektorda çalışan işçilərə dekret məzuniyyəti zamanı yardımı iki dəfə artırmaq barədə qərar verdik. Yanvarın 1-dən 1000 lari əvəzinə 2000 lari olacaq. Bunadək unutmayın ki, məktəb müəllimləri halında biz artımı nəzərə almışıq və gələn ildən məktəb müəllimləri dekret məzuniyyəti zamanı tam maaş alacaqlar. İndi biz artıq özəl sektorda çalışanlar üçün də qərar verdik və bu yardım 2000 lari olacaq” -deyə İrakli Ğaribaşvili qeyd edib.