İrakli Ğaribaşvili - yanvar-oktyabr ayları ərzində iqtisadi artım göstəricisi 10 faizlə müəyyən edilib, həmçinin üçüncü rübdə biznes sektorun dövriyyəsi 17 faizlə artıb
İrakli Ğaribaşvili - yanvar-oktyabr ayları ərzində iqtisadi artım göstəricisi 10 faizlə müəyyən edilib, həmçinin üçüncü rübdə biznes sektorun dövriyyəsi 17 faizlə artıb

 
Yanvar-oktyabr ayları ərzində iqtisadi artım göstəricisi 10%-lə müəyyən edilib və həmçinin onu da demək istərdim ki, üçüncü rübdə biznes sektorun dövriyyəsi 17%-lə artaraq 47 milyard lari təşkil edib. Bu, düzgün siyasətimizin nəticəsidir -bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili hökumətin iclasında açıqlayıb.

Baş nazir biznes sektorda iş yerlərinin üçüncü rübdə 45 000 artaraq 723 000 nəfər təşkil etdiyini, bunun da rekord göstərici olduğunu bildirib.

“Bir neçə gün bundan əvvəl Milli Statistika İdarəsinin son göstəriciləri açıqlanıb. Yanvar-oktyabr ayları ərzində iqtisadi artım göstəricisi 10%-lə müəyyən edilib və həmçinin onu da demək istərdim ki, üçüncü rübdə biznes sektorun dövriyyəsi 17%-lə artaraq 47 milyard lari təşkil edib. Bu, düzgün siyasətimizin nəticəsidir. Bir daha biznesə müraciət etmək istəyirəm. Ən yaxşısını biznes bilir – ölkədə sabitlik, sülh olmasaydı, biznes dövriyyəsi, məşğulluq və yeni iş yerlərinin açılması da artmazdı. Ölkəni poliqona çevirəcəkdilər. Bundan əlavə, bilirsiniz ki, iş yerləri açılıb və iş yerlərində rekord artım var. Biznes sektorda üçüncü rübdə iş yerləri 45 000 nəfər artaraq ümumilikdə 723 000 nəfər təşkil edib ki, bu da rekord göstəricidir və bu rəqəmin pandemiyadan əvvəlki rəqəmi xeyli üstələdiyini söyləmək olar” -deyə baş nazir açıqlayıb.