İrakli Ğaribaşvili - yanacaq, məhsullar, ərzaq məhsullarının qiymətləri xeyli aşağı düşüb, bu il 5%-lik inflyasiya səviyyəsini, yüksək iqtisadi artımı saxlamaq bizim vəzifəmiz olmalıdır
Qiymətlərin tənzimlənməsi, qiymətlərin aşağı salınması üzərində aktiv işlədiyimizi bilirsiniz- bu barədə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili hökumətin iclasında açıqlayıb.
Hökumət başçısının qeyd etdiyi kimi, yanacaq, məhsullar, ərzaq məhsullarının, çörəyin də qiymətləri xeyli aşağı düşüb.
“Bu siyasətin həyata keçirilməsində hökumətə dəstək olan və onlar tərəfindən də kifayət qədər adekvat addımlar atılan hər kəsə təşəkkür etmək istəyirəm. Beləliklə, bizim vəzifəmiz bu il göstəricimizi, 5%-lik inflyasiya həddini , yüksək iqtisadi artımı saxlamaq və indi belə mühüm, irimiqyaslı layihələri həyata keçirməkdən ibarət olmalıdır”- deyə Baş nazir açıqlayıb.