İrakli Ğaribaşvili "Vitoli" şirkətinin icraçı direktoru ilə görüşüb
İrakli Ğaribaşvili "Vitoli" şirkətinin icraçı direktoru ilə görüşüb

 

Baş nazir İrakli Ğaribaşvili “Vitoli” şirkətinin icraçı direktoru ilə görüşüb.

Baş nazirin mətbuat xidmətindən verilən məlumata görə, tərəflər uzunmüddətli əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

“Beynəlxalq yükdaşımalarda, Gürcüstanın etibarlı tərəfdaş kimi rolu qeyd edilib. “Vitoli” enerji resurslarının ticarəti sahəsində dünyada ən böyük müstəqil şirkətdir və demək olar ki, bütün dünyada, o cümlədən ABŞ, Asiya və Avropada bərpa olunan enerji mənbələri layihələrinin inkişafına sərmayə qoyur.

Bu vaxt üçün “Vitoli” şirkəti dünya miqyasında 40 filial açıb” – deyə baş nazirin mətbuat xidmətinin məlumatında qeyd olunub.