Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Macarıstanın Baş naziri Viktor Orbanla görüşdü. Görüşdə iki ölkə arasında mövcud əlaqələrə, həm ikitərəfli, həm də çoxtərəfli formatda gələcək əməkdaşlığın perspektivlərinə toxunulub.
Görüşdə həmçinin konservativ siyasi hərəkatın hər illik konfransının keçirilməsinin vacibliyi də müzakirə olunub.
Konfransda səslənən mesajlar vurğulanıb, onların əksəriyyəti bir çox ölkə üçün ortaq dəyərləri təmsil edir. Gürcüstan və Macarıstan arasında ticarət, sərmayələr, turizm, kənd təsərrüfatı sahələrində iqtisadi əməkdaşlığın dərinləşdirilməsi perspektivləri müzakirə olunub.
Gürcüstanın Baş nazirinin sözlərinə görə, Gürcüstan Macarıstanla iqtisadi əməkdaşlığın daha da gücləndirilməsi üçün mövcud potensialın tam reallaşdırılması məqsədinə sadiq qalır. Görüşdə Gürcüstanın Avropa İttifaqına inteqrasiya perspektivini müzakirə etdilər. Macarıstanın Gürcüstana namizəd statusunun verilməsi ilə bağlı dəstəkləyici bəyanatlarının əhəmiyyəti qeyd edilib.
İrakli Ğaribaşvilinin sözlərinə görə, tövsiyələrin əksəriyyəti yerinə yetirilib və əldə olunan irəliləyişləri nəzərə alsaq, Gürcüstan namizəd statusuna layiqdir. Statusu ölkə ilin sonuna kimi gözləyir.
Görüşdən sonra Macarıstanın Baş naziri Viktor Orbanın adından baş nazir İrakli Ğaribaşvilinin və Gürcüstan nümayəndə heyətinin şərəfinə işçi nahar verilib.