İrakli Ğaribaşvili - veteranlarımızı böyük bəlanın, faşizmin məğlub edilməsi və qələbə günümüz münasibətilə təbrik etmək istərdim, qəhrəman gürcülərin xatirəsi qarşısında baş əyirəm
İkinci Dünya Müharibəsində 700 000 gürcü iştirak edirdi. Onların yarıdan çoxu şər və faşizm üzərində qələbə ideyası uğrunda qəhrəmancasına həlak oldu – bu barədə “Veteranların mədəniyyət və istirahət parkı”nda İkinci Dünya Müharibəsində həlak olanların xatirəsini yad edən Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili jurnalistlərə açıqlayıb.
Hökumət başçısı müharibə veteranlarını faşizm üzərində Qələbə günü münasibətilə təbrik edib.
“Mən bugünkü gün münasibətilə qəhrəman veteranlarımızı təbrik etmək istərdim. Veteranlarımızı bu böyük bəlanın, faşizmin məğlub edilməsi və qələbə günümüz münasibətilə təbrik etmək istərdim. Qeyd etmək istərdim ki, bu Böyük Vətən Müharibəsinin qələbəsində ölkəmizin, gürcülərin, xalqımızın rolu, şübhəsiz ki, əvəzsizdir. Bu müharibədə 700 min gürcünün iştirak etdiyini qeyd etdiniz. Onların yarıdan çoxu şər və faşizm üzərində qələbə ideyası uğrunda qəhrəmancasına həlak oldu. Bu səbəbdən bir daha qəhrəman gürcülərimizin xatirəsi qarşısında baş əyirəm və hər şeyə görə hökumətimiz adından qəhrəman veteranlarımıza bir daha təşəkkürümü bildirmək istəyirəm”- deyə İrakli Ğaribaşvili açıqlayıb.