İrakli Ğaribaşvili Velistsixedə “Gürcüstanda istehsal et” proqramı çərçivəsində maliyyələşdirilən şərab zirzəmisinə baş çəkdi
Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili baş nazirin müavini, İqtisadiyyat və Davamlı İnkişaf naziri, Levan Davitaşvili və Ətraf Mühit və Kənd Təsərrüfatı naziri, Otar Şamuqiya ilə birlikdə Velistsixedə Tornike Lomtadzenin şərab zirzəmisində oldu, hansı da “Gürcüstanda istehsal et” proqramı çərçivəsində maliyyələşdirildi.
Tornike Lomtadzenin sözlərinə görə, “Gürcüstanda istehsal et” agentliyinin mikro və kiçik qrant proqramı vasitəsilə alınan maliyyə vəsaiti ilə zirzəmi üçün müxtəlif lazım olan inventar aldı, bununla da ailə təsərrüfatını genişləndimrək imkanı yarandı.
Hökumət başçısı qeyd etdi ki, İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyinin “Gürcüstanda istehsal et” proqramı ölkədə yerli istehsalın inkişafında mühüm rol oynayır və gələcəkdə proqramların əlçatanlığı daha da artacaq.
Baş naziri icra, qanunverici və yerli hakimiyyət orqanlarının nümayəndələri müşayiət edirdilər.
Məlumatı Gürcüstanın baş nazirinin mətbuat xidməti yayır.