İrakli Ğaribaşvili və Vaxtanq Qomelauri Otar Ğvinaşvilinin ailəsinə başsağlığı veriblər
İrakli Ğaribaşvili və Vaxtanq Qomelauri Otar Ğvinaşvilinin ailəsinə başsağlığı veriblər

 

Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili və daxili işlər naziri Vaxtanq Qomelauri silahlı hücum nəticəsində həlak olan polis əməkdaşı Otar Ğvinaşvilinin ailəsinə başsağlığı veriblər.

Vazisubanidə Vaxtanq Qorqasali adına kilsədə keçirilən mülki yas mərasimində Baş nazir və daxili işlər naziri 37 yaşlı Otar Ğvinaşvilinin xatirəsini ehtiramla yad ediblər.

Saqarecoda yanvarın 20-də binalardan birindən keçmiş hərbçi atəş açıb. Atışma nəticəsində 5 nəfər həlak olub, 5 nəfər yaralanıb.