İrakli Ğaribaşvili və Şalva Papuaşvili Onidən Şovi kurortuna yollanıblar və orada vəziyyətlə yerində tanış olacaqlar
Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili və parlamentin sədri Şalva Papuaşvili Onidən Şovi kurortuna yollanıblar.
Gürcüstanın Birinci Kanalının jurnalistinin Onidən bildirdiyi kimi, İrakli Ğaribaşvili və Şalva Papuaşvili Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin qərargahında görüş keçirib. Qərargah üzvlərinin aparılan xilasetmə işləri, vətəndaşların ehtiyacları barədə məlumatları dinlənilib.
Onlar sərhəd helikopteri ilə Şoviyə uçacaq, vəziyyətlə yerində tanış olacaqlar.