İrakli Ğaribaşvili və Olaf Şolts arasında telefon danışığı baş tutub
İrakli Ğaribaşvili və Olaf Şolts arasında telefon danışığı baş tutub

 
Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Almaniyanın federal kansleri Olaf Şoltsla telefonla danışıb.

Telefon danışığı zamanı baş nazir və Almaniyanın federal kansleri Avropa Komissiyasının qəbul etdiyi müsbət qərardan danışıblar.

Almaniyanın federal kansleri Avropa Komissiyası tərəfindən də təsdiqlənmiş Gürcüstanın əldə etdiyi irəliləyişi müsbət qiymətləndirib.

Hökumət başçısı Aİ-nin tövsiyələrinin həyata keçirilməsi prosesində göstərdiyi mühüm yardım və dəstəyə görə Olaf Şoltsa təşəkkür edib və Avropaya inteqrasiya yolunda Almaniya Federativ Respublikasının gələcək dəstəyinin böyük əhəmiyyətini vurğulayıb.

Kansler qeyd edib ki, Almaniya Avropa İttifaqına gedən yolda Gürcüstana dəstəyini davam etdirəcək.

İrakli Ğaribaşvilinin qeyd etdiyi kimi, Gürcüstan ilin sonunda Avropa Komissiyasının müsbət tövsiyəsinin Avropa Şurası tərəfindən təsdiqini gözləyir, bu da ölkəmizi Avropa İttifaqına inteqrasiyanın yeni mərhələsinə aparacaq.

Hökumət başçısının sözlərinə görə, Gürcüstan hökuməti tövsiyələrin icrası ilə bağlı uğurla başlanmış prosesi davam etdirəcək.

İrakli Ğaribaşvili və Olaf Şolts gələcək addımlar barədə məlumat mübadiləsi məqsədilə intensiv ünsiyyət və nəticəyönümlü əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər.

Məlumatı Gürcüstanın Baş nazirinin mətbuat xidməti yayır.