İrakli Ğaribaşvili və İrakli Kobaxidze bölgələrin bələdiyyə merliyə namizədləri ilə görüşlər keçirirlər
Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili və “Gürcü Arzusu” nun sədri İrakli Kobaxidze bölgələrin merliyə namizədləri və seçki qərargahının rəhbərləri ilə görüşlər keçirirlər.
İlk görüş Xelvaçauri şəhərində keçirildi.
Görüşdə “Gürcü Arzusu” nun Regional Katibi Dimitri Samxaradze, Hökumətlə Əlaqələr Departamentinin rəhbəri Leri Barnabişvili, Acarıstan Hökumətinin Sədri Tornike Rijvadze və Xelvaçauri mer namizədi Zaza Diasamidze də iştirak etdilər.
Görüşlər bu gün Batumi və Ozurgetidə keçiriləcək.