İrakli Ğaribaşvili - Valyuta Fondu proqramı sadəcə dayandırılıb, narahat olmağa dəyməz, düşünürəm ki, bu məsələ çox yaxında öz həllini tapacaq
İrakli Ğaribaşvili - Valyuta Fondu proqramı sadəcə dayandırılıb, narahat olmağa dəyməz, düşünürəm ki, bu məsələ çox yaxında öz həllini tapacaq

Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Valyuta Fondu proqramı haqqında danışıb və bildirib ki, onun hesablamalarına görə, bu məsələ tezliklə həllini tapacaq.

Baş nazirin sözlərinə görə, Valyuta Fondu proqramı sadəcə olaraq dayandırılıb.

“ Valyuta Fondu proqramına gəlincə, narahat olacaq heç nə yoxdur, bizim BVF ilə daimi əlaqəmiz var. Sadəcə dayandırılıb. Biz qanuna dəyişiklik edib birinci vitse-prezident statusu verəndə proqram dayandırıldı. İndi də dedilər ki, biz ünsiyyəti davam etdirməliyik, düşünürəm ki, bu məsələ tezliklə həll olunacaq” – İrakli Ğaribaşvili jurnalistlərə bildirib.