İrakli Ğaribaşvili - Vake Parkında baş verən faciə ilə bağlı yaşadığım ürək ağrısını ifadə etməyə söz tapmaq çətindir, ən sərt münasibət bildiriləcəkdir
İrakli Ğaribaşvili - Vake Parkında baş verən faciə ilə bağlı yaşadığım ürək ağrısını ifadə etməyə söz tapmaq çətindir, ən sərt münasibət bildiriləcəkdir

Vake Parkında baş verən faciə ilə bağlı yaşadığım ürək ağrısını ifadə etməyə söz tapmaq çətindir, ən sərt münasibət bildiriləcəkdir, – bu barədə Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili sosial şəbəkədə yazır.

“Bu ən çətin anlarda dünyasını dəyişən yeniyetmənin ailə üzvlərinin, yaxınlarının və dostlarının kədərini ürəkdən bölüşür, onlara həmrəyıiyimi ifadə edirəm.

Artıq istintaqa başlanılıb, faciənin səbəbləri müəyyənləşdirilib və ən sərt münasibət bildiriləcəkdir”, – Ğaribaşvili qeyd edir.

Mövcud məlumata görə, Vake Parkında oynadıqları zaman uşaqların topufəvvarəyə düşdü, onu çıxardıqları zamanı, iki azyaşlını cərəyan vurdu. Onlardan ikisini Xeçinaşvili, birini isə, İyaşvili Klinikasına yerləşdirdilər. Yeniyetmələrdən biri, klinikada dünyasını dəyişdi.

Baş vermiş hadisə ilə bağlı Daxili İşlər Nazirliyi elektrik və ya istilik enerjisindən, qazdan, neftdən və ya neft məhsullarından istifadə zamanı təhlükəsizlik qaydalarını pozma maddəsi ilə, Cinayət Məcəlləsinin 240-cı maddəsinin birinci hissəsi ilə istintaqa başlanıldı.