İrakli Ğaribaşvili - Uşaq və yeniyetmələrin sağlamlığının təşviqi Gürcüstan hökumətinin əsas prioritetlərindən biridir

Uşaqların və yeniyetmələrin sağlamlığının təşviqi Gürcüstan hökumətinin əsas prioritetlərindən biridir, – bu barədə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili UNICEF-in Gürcüstandakı nümayəndəsi Qasan Qalil ilə görüşdə bildirib.

Hökumət başçısı Qassan Qaliliyə UNICEF-in Gürcüstandakı fəaliyyətinə görə təşəkkür edib və Gürcüstan hökumətinin UNICEF ilə əməkdaşlığı daha da gücləndirməyə hazır olduğunu bildirib.

UNICEF-in COVID-19 pandemiyasının yaratdığı problemlərin həllində əhəmiyyətli dəstəyi vurğulanıb.

İrakli Qaribaşvili UNİCEF-in Gürcüstanın milli prioritetlərinə uyğun gələn 2021-2025-ci illər Proqramının təsdiqini alqışlayıb və onun həyata keçirilməsinin Gürcüstanın məqsədlərinə çatmaq səylərinə töhfə verəcəyinə ümid etdiyini bildirib.

Baş nazirin sözlərinə görə, UNICEF-in proqram sənədinin formalaşdırılması prosesi hökumətin və bütün müvafiq maraqlı tərəflərin cəlb olunduğu şəkilsə açıq və şəffaf olub. İrakli Ğaribaşvili Qasan Qaliyə məktəbdə qidalanma proqramını dəstəklədiyinə görə təşəkkür edib və qeyd edib ki, bu mühüm təşəbbüs Gürcüstanda uşaqların rifahına və daha yaxşı gələcəyinə töhfə verəcək.

Məlumatı Gürcüstanın baş nazirinin mətbuat xidməti yayıb.