İrakli Ğaribaşvili Ursula fon der Laiyenin iştirakı ilə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın enerji sahəsində strateji tərəfdaşlıq sənədi imzalayacaqları Rumıniyaya səfər edib
İrakli Ğaribaşvili Ursula fon der Laiyenin iştirakı ilə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın enerji sahəsində strateji tərəfdaşlıq sənədi imzalayacaqları Rumıniyaya səfər edib

 

Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Rumıniyanın paytaxtı Buxarestə işgüzar səfərə gedib.

Səfər çərçivəsində baş nazir İrakli Ğaribaşvili “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında” sazişi imzalayacaq. İmzalanma mərasimində həm də Avropa Komissiyasının prezidenti Ursula fon der Laiyen və Rumıniya prezidenti Klaus Verner İohannis iştirak edəcək.

Gürcüstanın Baş naziri “Yaşıl enerjinin inkişafı və paylaşılması məsələləri üzrə strateji tərəfdaşlıq” adlı plenar sessiyada iştirak edəcək.

Gürcüstanın Baş nazirinin həmçinin yüksək səviyyəli görüşləri olacaq.

Hökumət başçısı vitse baş nazir, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili, xarici işlər naziri İlia Darçiaşvili, maliyyə naziri Laşa Xutsişvili və Hökumət Administrasiyasının rəhbəri Revaz Cavelidzenin daxil olduğu nümayəndə heyəti ilə birlikdə Rumıniyaya səfər edib.

Məlumatı Gürcüstanın Baş nazirinin mətbuat xidməti yayır.