İrakli Ğaribaşvili Ursula fon der Laienlə Qranadada görüşüb
İrakli Ğaribaşvili Ursula fon der Laienlə Qranadada görüşüb

 
Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili İspaniya Krallığına səfəri çərçivəsində Avropa Komissiyasının Prezidenti Ursula fon der Laien ilə görüşüb.

İrakli Ğaribaşvili Ursula fon der Laien ilə söhbət zamanı Gürcüstanın Avropaya inteqrasiya yolunda uğurlarını və ilin sonunda ölkə üçün həm regional, həm də qlobal kontekstdə statusun əhəmiyyətini vurğulayıb.

Baş nazir Avropa Komissiyasının prezidentinə 12 tövsiyənin icrası istiqamətində əldə olunan irəliləyişlər barədə ətraflı məlumat verib. O, Gürcüstan hökumətinin tövsiyələrin həyata keçirilməsi istiqamətində əlindən gələni etdiyini və prosesin hələ də davam etdiyini bildirib.

Baş nazirin qeyd etdiyi kimi, Gürcüstan tövsiyələrin icrası prosesində Avropa İttifaqı və Venesiya Komissiyası ilə sıx əməkdaşlıq edib və bu əməkdaşlığı davam etdirir.

İrakli Ğaribaşvili Gürcüstanın əldə etdiyi irəliləyişin və 12 prioritetin həyata keçirilməsi istiqamətində səylərinin ədalətli şəkildə tanınacağına ümidvar olduğunu bildirib. Müvafiq olaraq, Gürcüstan ilin sonunda komissiyadan düzgün siyasi qərar gözləyir.

Baş nazir həmçinin Gürcüstanın regional təhlükəsizliyin təmin edilməsi prosesində mühüm rolunu və ölkənin regionda sülh və sabitliyin təmin olunmasına töhfə verməyə hər zaman hazır olduğunu vurğulayıb.

Məlumatı Gürcüstanın Baş nazirinin mətbuat xidməti yayır.