İrakli Ğaribaşvili - ümumilikdə güc strukturlarının maliyyələşdirilməsi 200 milyondan çox artıb, Müdafiə Nazirliyinə 10 milyon, Daxili İşlər Nazirliyinə isə 50 milyon ayıracağıq
İrakli Ğaribaşvili - ümumilikdə güc strukturlarının maliyyələşdirilməsi 200 milyondan çox artıb, Müdafiə Nazirliyinə 10 milyon, Daxili İşlər Nazirliyinə isə 50 milyon ayıracağıq

Ümumilikdə güc strukturlarının maliyyələşdirilməsi 200 milyondan çox artıb- bu barədə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili hökumətin iclasında bildirib.

Baş nazir bildirib ki, hökumət Müdafiə Nazirliyinə əlavə olaraq 10 milyon, Daxili İşlər Nazirliyinə isə 50 milyon ayıracaq. Bundan 20 milyon lari yanğın-xilasetmə maşınlarının və avadanlıqlarının alınmasına sərf olunacaq.

“Güc strukturlarına gəlincə, Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidmətinə maliyyələşmə ümumilikdə 200 milyondan çox artırılıb. Müdafiə Nazirliyinə əlavə olaraq 10 milyon ayıracağıq. Daxili İşlər Nazirliyinə 50 milyon lari ayıracağıq ki, bunun da 20 milyon larisi yanğın-xilasetmə maşınlarının və avadanlıqlarının alınmasına sərf olunacaq, bu da çox vacibdir. Bilirsiniz ki, artıq üç helikopter, Fransa istehsalı olan helikopterlər alınıb və 2024-cü ildə onların mərhələli şəkildə tədarükü baş tutacaq”- deyə baş nazir bildirib.