İrakli Ğaribaşvili - ümumi səhiyyə proqramına başlamasaydıq, təxminən üç milyona yaxın insan öz cibindən altı milyard 300 milyon lari ödəməli olacaqdı
İrakli Ğaribaşvili - ümumi səhiyyə proqramına başlamasaydıq, təxminən üç milyona yaxın insan öz cibindən altı milyard 300 milyon lari ödəməli olacaqdı

 

2012-ci ilə qədər ümumi səhiyyənin büdcəsi cəmi 70 milyon lari idi, əgər biz qeyd olunan proqrama başlamasaydıq, əhalimiz, vətəndaşlarımız, üç milyona yaxın insan öz cibindən 6 milyard 300 milyon lari ödəməli olacaqdı-bu barədə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Sağlamlığın Müdafiəsi Ümumi Dövlət Proqramının on illik yubileyi ilə əlaqədar keçirilən tədbirdə çıxışı zamanı bildirib.

Hökumət başçısı həmçinin hepatit C-nin eliminasiyası proqramının həyata keçirildiyini, bu proqram çərçivəsində 80 mindən çox pasiyentin müalicə olunduğunu və proqramın 3,5 milyard laridən artıq vəsait hesabına başa gəldiyini qeyd edib.

“İndi bu on il ərzində etdiyimiz müsbət dəyişiklikləri daha da gözlə görünür etmək üçün sizə daha bir neçə müqayisəli nümunə çəkmək istərdim.

Bildiyiniz kimi, 2012-ci ilə qədər ümumi səhiyyənin büdcəsi cəmi 70 milyon lari idi. Belə bir sual qoyaq, qeyd olunan proqrama başlamasaydıq, əhalimiz, vətəndaşlarımız, üç milyona yaxın insan öz cibindən 6 milyard 300 milyon lari ödəməli olacaqdı. Banklardan kredit götürməli olacaqdılar və s. Dövlət tərəfindən ayrılan yeddi milyard lari maliyyələşdirmə nəticəsində bu on il ərzində ölkəmizin əhalisi, xalqımız altı milyard 300 milyon lariyə qənaət etmiş oldu. Həmçinin, cənab Bidzina İvanişvilinin təşəbbüsü və onun qərarı ilə başladılmış Hepatit C-nin eliminasiyası proqramı haqqında sizə bir neçə kəlmə demək istərdim. Bu proqram da demək olar ki, inqilabi idi. Nəticələr göz qabağındadır. Sizə bir daha xatırlatmaq istəyirəm. Bu proqramla müalicə hər pasiyentə, vətəndaşa 125.000 lariyə başa gələcəkdi. Proqram çərçivəsində ümumilikdə 80 mindən çox pasiyent müalicə olunub və proqram 3,5 milyard laridən artıq vəsait hesabına başa gəlib. Biz bu proqramı “Gilliard” amerikan şirkəti ilə birlikdə həyata keçirdik, bunun üçün “Gilliard” şirkətinə və Amerika hökumətinə təşəkkür etmək istərdim. Təbii ki, bu da mühüm və uğurlu islahat oldu” – deyə baş nazir açıqlayıb.