İrakli Ğaribaşvili - ümidsizlik və perspektivsizlik dövründə Bidzina İvanişvili cəmiyyəti birləşdirdi və xalqın birləşməsi tariximizdə ilk dəfə olaraq hakimiyyətin dinc yolla ötürülməsini mümkün qıldı
2012-ci il oktyabrın 1-də keçirilən seçkilər ən yaxın tariximizin ən mühüm hadisələrindən biri oldu, gürcü xalqı bu tarixi qələbənin əsas yaradıcısı, avtokratik, antimilli, məzlum dövləti demokratik yolla dəyişən cənab Bidzina İvanişviliyə etimad göstərdi. Gürcüstanın baş naziri İrakli Ğaribaşvili sosial şəbəkədə bu barədə yazır.
Ğaribaşvilinin sözlərinə görə, Bidzina İvanişvili tam ümidsizlik və perspektivsizlik dövründə bütün cəmiyyəti birləşdirdi və insanların belə birləşməsi tarixdə ilk dəfə olaraq hakimiyyətin dinc yolla ötürülməsini mümkün qıldı.
“Bugünkü nöqteyi-nəzərdən bu qələbənin nəticələri göz qabağındadır və təsir edicidir – bizim siyasi komandamız müstəqillik əldə etdikdən sonra yeganə uzunmüddətli əmin-amanlığı təmin etdi, biz genişmiqyaslı iqtisadi və sosial islahatlar apardıq, demokratik təsisatların möhkəmlənməsinə, gürcü xalqının tarixi arzusu – Avropa İttifaqına daxil olmaq yolunda mühüm addımlar atmasına şərait yaratdıq. Biz demokratik transformasiya, ölkənin təhlükəsizliyinin inkişafı və rifahı prosesini davam etdiririk və daha da böyük hədəflərə çatmağa çalışırıq. Bütün bu müddət ərzində xalqın böyük etimadı və dəstəyi bizə güc verib. Bu gün bir daha “Gürcü Arzusunun” hər bir üzvünə və ya dəstəkçisinə, bütün cəmiyyətimizə təşəkkür etmək istəyirəm. Gürcüstan dövlətinin gücü hakimiyyətlə xalqın birliyindədir və mən inanıram ki, bu birlik ölkəmizə son qələbəni gətirəcək. Oktyabrın 1-i qələbəsinin məqsədi ölkənin birləşdirilməsidir”, – İrakli Ğaribaşvili yazır.
Müəllif -
Mehemmed Bayramaliyev