İrakli Ğaribaşvili - ümid edirik ki, səylərimizin aktivləşdirilməsi fonunda Avropa İttifaqı ilə Gürcüstan arasında mövcud möhkəm əlaqələr daha da güclənəcək
Gürcüstanın baş naziri İrakli Ğaribaşvili “Twitter” sosial şəbəkəsində Avropa İttifaqının Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komissarı Oliver Varhei ilə görüşə münasibət bildirir.
Hökumət başçısı ümid edir ki, Gürcüstanın Avropa İttifaqına daxil olması prosesinin sürətləndirilməsi məqsədilə, səylərin aktivləşdirilməsi fonunda Avropa İttifaqı ilə Gürcüstan arasında mövcud sıx əlaqələr daha da güclənəcək.
“Avropa komissarı Oliver Varhei ilə Gürcüstan və Avropa İttifaqı arasında ikitərəfli münasibətlərə dair məsələlərlə bağlı səmərəli söhbətim oldu. Ümid edirik ki, Gürcüstanın Avropa İttifaqına daxil olması prosesinin sürətləndirilməsi məqsədilə, səylərin aktivləşdirilməsi fonunda Avropa İttifaqı ilə Gürcüstan arasında mövcud sıx əlaqələr daha da güclənəcək”-deyə baş nazir yazır.